Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı eyni zamanda milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycanı Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika günü olaraq təntənə ilə qeyd edir.

Sərəncamda qeyd olunur ki, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilir.

Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
Xalq şairi Musa Yaqub vəfat edib
Xalq şairi Musa Yaqub vəfat edib
Loading Bars
Xəbər lenti
Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib
Qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara xəbərdarlıq edilib
Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi
Hindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)
Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN
Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək
Əminəm ki, gələcəkdə biz beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik - Kestutis Yankauskas
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün imtiyazlarla bağlı qanun layihələri plenar iclasa tövsiyə olundu
"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı
Satınalan təşkilatların nümayəndələri ilə növbəti onlayn görüş keçirilib
AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kreditini Yelo Bank-a gətir, daha az ödə
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
“Yüksəliş” müsabiqəsi yarımfinal mərhələsinə hazırlaşır
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)
Xalq şairi Musa Yaqub vəfat edib
Həbsdə olan polkovnik azadlığa buraxıldı
Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)
"British Airways" bu il 1 milyard avro itirib
Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)
Azərbaycan XİN Fransa və Kanadaya cavab verib
Ağsuda həmkəndlisini güllələyən şəxsin işi məhkəməyə göndərilib
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir - İsmayıl İsmayılov
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb
İranda koronavirusdan ölənlərin sayı 74 mini keçib
Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb (FOTO)
Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı
Şuşada DOST Mərkəzinin filialı açılacaq - RƏSMİ
Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib (ƏLAVƏ OLUNUB-2)
Xəzər dənizində zəlzələ olub
Odlar Yurdu Universitetinə ağır itki üz verib
ETSN "Azərsu”nu dənizi çirkləndirdiyi üçün məhkəməyə verib
BTQ Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir - Baş direktor (FOTO)
Azərbaycanda koronavirusdan sağalma və ölüm faizi açıqlanıb
“Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb (FOTO)
Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib
Universitetdə struktur dəyişikliyi edilib
Mənşəyi məlum olmayan 200 kq heyvan cəmdəyi aşkarlanıb (FOTO)
Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
“AccessBank”da yeni təyinat olub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi - Misir gimnastı
Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib
Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB
Heydər Əliyev Liderliyinin qalibiyyət və zəfər rəmzi!
Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı (FOTO)
İtkin düşən kapitanın şəhid olduğu müəyyənləşdi
Qırğızıstanda damba uçuldu - Mindən çox sakin təxliyə olundu
“Petkim” istehsal gücünü 92%-ə çatdırıb
Ağdaşda sexdə fəhlənin qolu dəzgaha düşüb qopdu
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib - SƏRƏNCAM
Fevralda yoluxma sayının azalması tibb işçilərinin əməkhaqqına təsir edib - Agentlik
Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli
Qoşqarçayda naməlum qadın meyiti tapılıb
Ötən gün ölkədə 19 yanğın olub, 3 nəfər xilas edilib
Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq hüquqda müharibə cinayəti kimi tanınmalıdır - Hüquq elmləri doktoru
Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir (FOTO/VİDEO)
Hadrut qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub
Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb
Küçədə daha 3 koronavirus xəstəsi aşkarlandı
Bakıda yeni avtobus dayanacaqları və nizamlanan piyada keçidi yaradılıb (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
13 min manatlıq kabel oğurlayan şəxslər saxlanıldı (FOTO)
Qadın sahibkarlar üçün biznes təlimləri keçirilib (VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun birinci günü başlayıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Qarşıdakı aylarda toylarla bağlı müəyyən standartlar formalaşacaq - Rəşad Mahmudov
Daha 3 qazimiz əməliyyat olundu (FOTO)
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub (FOTO/VİDEO)
Bakıda kütləvi davada qətl törədən dəstənin istintaqı başa çatdı
Keçmiş nazir müavininin cinayət işi məhkəməyə göndərildi
Ucarda mikroavtobusla evakuator toqquşub
Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək
Azərbaycanın Ro-Pax tipli gəmi-bərəsi ilk səfərinə çıxıb (FOTO)
Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı
Mayın 7-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa daha 2 840 nəfər yoluxub
Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq
Çexiya Aİ ölkələrindən aşılanan turistlər üçün sərhədləri açır
Fələstin-İsrail münaqişəsində vəziyyət nəzarətdən çıxa bilər - BMT-nin xüsusi koordinatoru
Rio-de-Janeyroda "Braziliya" ştammının yeni mutasiyası aşkarlanıb
Bütün xəbərlər