...

Azərbaycanda seçicilərin sayı artıb

Siyasət Materials 26 May 2017 16:28 (UTC +04:00)
Ötən il Azərbaycanda seçicilərin sayı 5 milyon 127 min 111 nəfər olub.
Azərbaycanda seçicilərin sayı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

26 may 2017-ci il tarixə olan məlumata görə, Azərbaycanda 5 milyon 163 min 250 seçici var.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, seçicilərin 51.58 faizini qadınlar, 48.42 faizini isə kişilər təşkil edir.

Qeyd edək ki, ötən il Azərbaycanda seçicilərin sayı 5 milyon 127 min 111 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti