...

Elmar Məmmədyarov Kosta Rikaya gedib

Siyasət Materials 1 İyun 2017 16:03
Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfərə yola düşüb.
Elmar Məmmədyarov Kosta Rikaya gedib

Trend-i buradan izləyin

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfərə yola düşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslərlə görüşü, Azərbaycan və Kosta Rika Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, 19-20 oktyabr 2015-ci il tarixində Kosta Rikanın Xarici İşlər və Etiqad Naziri Manuel Qonsales Sans Azərbaycana rəsmi səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti