...

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olundu

Siyasət Materials 22 İyun 2017 18:40 (UTC +04:00)
Aprel şəhidi Xaliq Əzizzadənin “Para" BOKT ASC-yə olan kredit borcu artıq bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olundu

Bakı. Elçin Mehdiyev - Trend:

Aprel şəhidi Xaliq Əzizzadənin “Para" BOKT ASC-yə olan kredit borcu artıq bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.

Milli Məclisin deputatı Qənirə Paşayeva Trend-ə bildirib ki, bu məsələ birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində idi:

“Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışdı və bildirdi ki, bütün şəhid ailələri, o cümlədən siz Mehriban Əliyevanın diqqətindəsiniz. Anar Ələkbərov qeyd etdi ki, Mehriban Əliyeva həmişə şəhid ailələrinə diqqətlə yanaşıb”.

Q.Paşayeva daha sonra şəhid ailəsi ilə birlikdə banka getdiklərini bildirib: “BOKT-da bütün borcların bağlanması barədə sənəd şəhid ailəsinə təqdim olundu”.

Qeyd edək ki, “Para" BOKT ASC kredit borcuna görə məhkəməyə müraciət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti