...

Ekspert: Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına ümumi bəyanatlarla reaksiya verir

Siyasət Materials 5 İyul 2017 12:10 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistanın son təxribatı ilə əlaqədar beynəlxalq ictimaiyyətin kəskin reaksiyasını gözləməyə dəyməz.

Bunu Trend-ə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev deyib.

Onun sözlərinə görə, bu, ilk belə hal deyil: “Bu cür hallar daim baş verir. Onların intensivliyi bəzən azalır, bəzən artır. Amma istənilən dinc sakinlər bu hadisələrin qurbanı olur”.

Ekspert qeyd edib ki, Ermənistanın bu cür təxribatlarına beynəlxalq ictimaiyyət yalnız ATƏT-in Minsk qrupunun ümumi bəyanatları çərçivəsində reaksiya verir: “Beynəlxalq ictimaiyyət ötən ilin aprelində olduğu kimi irimiqyaslı hərbi əməliyyatlar baş verəndə reaksiya verir. Ona görə də, Azərbaycan sakinləri üçün nə qədər acı olsa da, kəskin reaksiya gözləməyə dəyməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti