...

Səfir: Sarkisyan hakimiyyəti dinc azərbaycanlıların qanını axıtmaqla Ermənistanın siyasi elitasına gəlib

Siyasət Materials 7 İyul 2017 17:17 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Ukraynanın nüfuzlu www.lb.ua saytında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini qətlə yetirilməsinə dair “Onlar bizim uşaqlarımızı öldürürlər” başlıqlı yazısı dərc edilib.
Səfir: Sarkisyan hakimiyyəti dinc azərbaycanlıların qanını axıtmaqla Ermənistanın siyasi elitasına gəlib

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Ukraynanın nüfuzlu www.lb.ua saytında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini qətlə yetirilməsinə dair “Onlar bizim uşaqlarımızı öldürürlər” başlıqlı yazısı dərc edilib.

Trend-in məlumatına görə, A.Xudiyev yazısında qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində dinc sakinlər – 2 yaşlı Zəhra Quliyeva və nənəsi həlak olub, bir sakin isə ağır yaralanıb.

“Ən böyük faciə uşaq ölümüdür. Bu, birinci hal deyil. Ermənilərin təxribatı nəticəsində Azərbaycanın dinc sakinləri həlak olublar. Çox təəssüf ki, uşaqlar birinci dəfə deyil ki, öldürülür”, - vurğulayan səfir yazısında 2011-ci il martın 8-də və iyulun 14-də erməni vandalları tərəfindən azərbaycanlı uşaqların qətlə yetirildiyini xatırladıb.

Diplomat bildirib ki, müharibədə dinc sakinlərin, xüsusən də uşaqların öldürülməsi terrorizm aktıdır. Bunun günahkarı birinci növbədə Ermənistan prezidenti Serj Sarkisyan və onun rəhbərlik etdiyi cinayətkar hakimiyyətdir. O hakimiyyət ki, dinc azərbaycanlıların qanını axıtmaqla Ermənistanın siyasi elitasına gəlib.

Səfir analitik yazısında Azərbaycan Ordusunun bölgənin ən qüdrətli ordusu olduğunu diqqətə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin istənilən zaman işğal altında olan torpaqlarımızı geri qaytarmağa hazır olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti