...

Avstraliyanın ən böyük ştatının qubernatoru Azərbaycana səfər etmək niyyətindədir

Siyasət Materials 10 Avqust 2017 13:11 (UTC +04:00)
Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Pert şəhərində Qərbi Avstraliyanın qubernatoru Kerri Sandersonla görüşüb.
Avstraliyanın ən böyük ştatının qubernatoru Azərbaycana səfər etmək niyyətindədir

Bakı. Trend:

Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Pert şəhərində Qərbi Avstraliyanın qubernatoru Kerri Sandersonla görüşüb.

Trend-in məlumatına görə, görüş zamanı konsul Azərbaycan haqqında və iki ölkə arasında siyasi, ticarət-iqtisadi, parlament, humanitar və digər əlaqələrin möhkəmləndirilməsi və inkişafı üzrə işlər barədə məlumatları qubernatorun diqqətinə çatdırıb.

Fəxri konsul qeyd edib ki, bu ilin oktyabr ayında Bakıda birinci Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək və bu forumda Avstraliyadan onlarla iş adamının iştirakı planlaşdırılır.

A.Rzayeva K.Sandersonu Azərbaycana dəvət edib.

Qubernator Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və respublikaya səfər etmək arzusunu bildirib. O, həmçinin iki dövlət arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib və oktyabr ayındakı biznes forumun bunun üçün yaxşı imkanlar yaradacağını xüsusi vurğulayıb.

K.Sanderson Qərbi Avstraliyanın 32-ci qubernatoru, ərazisinə görə ölkənin ən böyük ştatında kraliça II Yelizavetanın nümayəndəsidir. Ştat qubernatoru Qərbi Avstraliya baş nazirinin təqdimatı ilə kraliça tərəfindən təyin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti