...

İlkin məlumat: Barselonada zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Siyasət Materials 18 Avqust 2017 04:07 (UTC +04:00)
İlkin məlumatlara görə, Barselonada baş vermiş terror aktı nəticəsində zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur
İlkin məlumat: Barselonada zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Bakı. Trend:

İlkin məlumatlara görə, Barselonada baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi yerli hakimiyyətə istinadən xəbər verir.

Daha əvvəl agentlik terakt nəticəsində azı 18 ölkənin vətəndaşının xəsarət aldığını bildirib.

Məlumata görə, xəsarət alanlar arasında Fransa, Almaniya, İspaniya, Niderland, Argentina, Venesuela, Belçika, Avstraliya, Macarıstan, Peru, Şimali İrlandiya, Yunanıstan, Kuba, Makedoniya, Çin, İtaliya, Rumıniya və Əlcəzair vətəndaşları var.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 100 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti