...

Nazir müavini: Dövlət tibb müəssisələri publik hüquqi şəxsə çevrilməlidir

Siyasət Materials 28 Sentyabr 2017 12:59 (UTC +04:00)
2018-ci ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihələrin əhatəsi genişləndiriləcək.
Nazir müavini: Dövlət tibb müəssisələri publik hüquqi şəxsə çevrilməlidir

Bakı. Ənvər Məmmədov, Samir Əli - Trend:

2018-ci ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihələrin əhatəsi genişləndiriləcək.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini icbari tibbi sığortanın mərhələli şəkildə tətbiq ediləcəyini vurğulayıb:

"İcbari tibbi sığorta üzrə fəaliyyət göstərən tibb müəssisələri özəl deyil, dövlət tibb müəssisələridir və onlar publik hüquqi şəxsə çevrilməlidirlər. 10 ildən artıqdır ki, Azərbaycanın dövlət tibb müəssisələrində pulsuz xidmət göstərilir. Həmin müəssisələr icbari tibbi sığorta üzrə xidmət göstərmək üçün publik hüquqi şəxsə çevrilməlidir, onların xüsusi hesabları açılmalıdır".

E.Ağayev qeyd edib ki, ilkin olaraq 70 müəssisədə icbari tibbi sığorta üzrə xidmət göstərilməsi nəzərdə tutulub: "Gələcəkdə onların sayı artırılacaq".

Qeyd edək ki, 2016-cı ildən Mingəçevir şəhəri və Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihələrə başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti