...

Azərbaycan Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb

Siyasət Materials 8 Oktyabr 2017 13:41 (UTC +04:00)
Oktyabrın 8-də Azərbaycannın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusа rəsmi səfəri başlayıb
Azərbaycan Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb

Bakı. Trend:

Oktyabrın 8-də Azərbaycannın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusа rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti