...

XİN: AŞPA-da antiazərbaycan siyasət yürüdən bəlli qruplar çirkin niyyətlərinə nail ola bilməyəcəklər

Siyasət Materials 12 Oktyabr 2017 20:30 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər.
XİN: AŞPA-da antiazərbaycan siyasət yürüdən bəlli qruplar çirkin niyyətlərinə nail ola bilməyəcəklər

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

H.Hacıyev qeyd edib: "Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti