...

Birinci vitse-prezident Mehriban Əliyeva həmişə sənət insanlarına qayğı göstərir – Xalq artisti (YENİLƏNİB)

Siyasət Materials 24 Oktyabr 2017 12:39 (UTC +04:00)
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artisti Könül Xasıyevaya mənzil hədiyyə olunub.
Birinci vitse-prezident Mehriban Əliyeva həmişə sənət insanlarına qayğı göstərir – Xalq artisti (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artisti Könül Xasıyevaya mənzil hədiyyə olunub.

Xalq artisti Könül Xasıyeva Trend-ə açıqlamasında böyük sevinc hissi keçirdiyini və Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib:

“İlk növbədə, bizim çox hörmətli dövlət başçımız İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya öz ailəmiz adından, muğamsevər xalqımız adından dərin minnətdarlığımı bildirirəm. Bunu təkcə mənə yox, Azərbaycan milli musiqisinə verilən dəyər kimi qiymətləndirirəm. Çox hörmətli Mehriban xanım həmişə sənət insanlarına qayğı göstərir. Hər zaman bunun şahidi olmuşuq. Bu gün də eyni sevinci mən yaşadım”.

K.Xasıyeva qeyd edib ki, ona verilən mənzil Heydər Əliyev prospektində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.

Xalq artisti deyib ki, mənzil 110 kvadratmetr olmaqla üç otaqdan ibarətdir: “Mənzil tam təmirlidir, bütün mebel və məişət əşyaları ilə təchiz olunub. Mənim üçün ən xoş o oldu ki, mənzil ulu öndərin adını daşıyan prospektdə, ulu öndərimizin adını daşıyan mərkəzin lap yaxınlığında yerləşir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti