...

Estoniya prezidenti: “Şərq tərəfdaşlığı” Aİ-nin tərəfdaşlarla münasibətlərində çox vacib vasitədir (YENİLƏNİB)

Siyasət Materials 26 Oktyabr 2017 13:22 (UTC +04:00)
“Şərq tərəfdaşlığı” Avropa İttifaqı ilə digər tərəfdaş ölkələr arasındakı münasibətlərdə çox vacib vasitədir
Estoniya prezidenti: “Şərq tərəfdaşlığı” Aİ-nin tərəfdaşlarla münasibətlərində çox vacib vasitədir (YENİLƏNİB)

Tallin. Ləman Zeynalova - Trend:

“Şərq tərəfdaşlığı” Avropa İttifaqı (Aİ) ilə digər tərəfdaş ölkələr arasındakı münasibətlərdə çox vacib vasitədir.

Trend-in məlumatına görə, bunu Rəqəmsal iqtisadiyyat: şəffaf və sərhədsiz biznes üçün innovativ platforma” mövzusunda “Şərq tərəfdaşlığı”nın 4-cü biznes forumu zamanı Estoniya Prezidenti Kersti Kalyulayd deyib.

Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı” Aİ-nin tərəfdaşlıq siyasətinin mərkəzi elementidir: “Biz “Şərq tərəfdaşlığı” ölkələri ilə sıx əməkdaşlıq etməliyik və bunu diqqətdə saxlamalıyıq”.

Estoniya prezidenti əlavə edib ki, “Şərq tərəfdaşlığı” ölkələri öz vətəndaş cəmiyyətinin, biznesinin və fundamental əsaslarının inkişafı üçün cavabdehlik daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti