...

Döyüş atışlı təlim keçirilib (FOTO)

Siyasət Materials 4 Noyabr 2017 12:35 (UTC +04:00)
Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində “N” nömrəli hərbi hissədə döyüş atışlı təlim keçirilib.
Döyüş atışlı təlim keçirilib (FOTO)

Bakı. Trend:

Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində “N” nömrəli hərbi hissədə döyüş atışlı təlim keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlim zamanı motoatıcı bölmənin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılığı, Ortaq Qüvvələr Birliyi tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası və döyüş atışlı məşğələlər yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti