...

Elmar Məmmədyarov Efiopiyada səfərdədir

Siyasət Materials 8 Noyabr 2017 10:16 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyada rəsmi səfərdədir.
Elmar Məmmədyarov Efiopiyada səfərdədir

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 8-9 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Efiopiyanın xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin, E.Məmmədyarovun Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində yerləşən Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil qərargahlarına səfəri, Afrika İttifaqının sədri və komissarları ilə görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti