...

Publik hüquqi şəxs statusu alan tibb müəssisələri yenə də Səhiyyə Nazirliyinin tabeliyində olacaq

Siyasət Materials 15 Noyabr 2017 11:59 (UTC +04:00)
Publik hüquqi şəxs statusu alan tibb müəssisələri yenə də Səhiyyə Nazirliyinin tabeliyində olacaq.
Publik hüquqi şəxs statusu alan tibb müəssisələri yenə də Səhiyyə Nazirliyinin tabeliyində olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Publik hüquqi şəxs statusu alan tibb müəssisələri yenə də Səhiyyə Nazirliyinin tabeliyində olacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin sadəcə maliyyələşdirmə mexanizmi dəyişəcək:

"Artıq bir neçə ildir ki, dövlət tibb müəssisələrində ödənişli xidmət göstərilmir. Bu xidmətlər dövlət tərəfindən maliyyələşdirilir. Lakin icbari tibbi sığortaya keçilən ərəfədə tibb müəssisələrinin hesablarının olmaması onların fəaliyyətində problemlər yarada bilər. Ona görə də onlar publik hüquqi şəxsə çevrilirlər. Belə olanda onların həm dövlət büdcəsindən, həm də gələcəkdə digər mənbələrdən maliyyələşməsi qanunazidd olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti