...

Səfir: Azərbaycan və BƏƏ arasında sıx əməkdaşlıq münasibətləri var

Siyasət Materials 4 Dekabr 2017 19:51 (UTC +04:00)
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sıx əməkdaşlıq münasibətləri var.
Səfir: Azərbaycan və BƏƏ arasında sıx əməkdaşlıq münasibətləri var

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sıx əməkdaşlıq münasibətləri var.

Trend-in məlumatına görə, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Hamel Alqubaisi BƏƏ-nin qurulmasının 46-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.

Səfir qeyd edib ki, BƏƏ və Azərbaycan arasında iqtisadiyyat, turizm və mədəniyyət kimi sahələrdə əlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin gücünü göstərir.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 100 minə çatıb:

"BƏƏ-nin Azərbaycandakı səfirliyi Ticarət Palatası yaradıb. Bu il ərzində Palatada ölkələrimiz arasında ticarət indeksinin artmasına maraq göstərən təxminən 40 ticarət tərəfdaşı və şirkətlərin iştirakı ilə iki görüş keçirmişəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti