...

Bolqarıstanın sabiq Prezidenti: Azərbaycan sabit iqtisadiyyatı olan müasir dövlətə çevrilib

Siyasət Materials 23 Dekabr 2017 08:00 (UTC +04:00)
Azərbaycan müstəqillik əldə etdikdən sonra sürətlə inkişaf edən və sabit iqtisadiyyatı olan müasir dövlətə çevrilib.
Bolqarıstanın sabiq Prezidenti: Azərbaycan sabit iqtisadiyyatı olan müasir dövlətə çevrilib

Bakı. Gülqız Muradova, Əli Mustafayev - Trend:

Azərbaycan müstəqillik əldə etdikdən sonra sürətlə inkişaf edən və sabit iqtisadiyyatı olan müasir dövlətə çevrilib.

Bunu Trend-ə Bolqarıstanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Petar Stoyanov deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi bu nailiyyətlərlə fəxr edə bilər: “Turizm və kənd təsərrüfatı intensiv inkişaf edir, eyni zamanda, müasir Bakı Avropanın ən gözəl paytaxtlarından birinə çevrilir. Hamı görür ki, Azərbaycan yaşamaq üçün getdikcə daha da yaxşı ölkəyə çevrilir”.

P.Stoyanov qeyd edib ki, Azərbaycanın ən vacib nailiyyətlərindən biri onun xarici dünyaya açıq olması və yeni nəslin keçmiş sovet respublikalarına xas olan kommunist düşüncə stereotiplərindən azad olmasıdır: “Son illərdə azərbaycanlı gənclərlə çoxlu görüşlərim olub. Mən qəti əmin olmuşam ki, Azərbaycan gəncliyi öz ölkəsinin ən böyük kapitalıdır. Onlar məndə təkcə dil bilikləri ilə yox, həm də öz öhdəliklərini yerinə yetirərkən məsuliyyət və peşəkarlıqları ilə yaxşı təəssürat oyadıblar. Fikrimcə, Azərbaycanın gələcəyi üçün ən yaxşı töhfə qərb universitetlərinin biliklərini öz vətəninin qədim ənənələri ilə gözəl şəkildə birləşdirən ağıllı və əməksevər gənclikdir”.

Azərbaycandakı unikal tolerant mühitdən danışan sabiq Prezident bildirib ki, Azərbaycan dini və mədəniyyətlərarası tolerantlığa həsr olunan böyük tədbirlərin keçirildiyi yerdir: “Azərbaycan həqiqətən də unikal tolerantlıq nümunəsidir və bu ölkənin vətəndaşları bununla fəxr edə bilər. Müsəlman əhalinin çoxluq təşkil etdiyi Azərbaycan xalqı unikal anlayışa malikdir və xristianlara, yəhudilərə və ümumilikdə, bütün digər mədəniyyətlərə xoş münasibət bəsləyir. Təsadüfi deyil ki, Azərbaycan poeziyası və fəlsəfəsi bütünlüklə digər mədəniyyətləri anlamağa və tolerantlığa əsaslanan böyük Nizami Gəncəvinin vətənidir”.

P.Stoyanov əlavə edib ki, dini və etnik nifrətin, eləcə də millətçiliyin təsirinin artdığı bugünkü dünyada Azərbaycan birgəyaşayışın və tolerantlığın müsbət nümunəsi olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti