...

Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi yanvarın 1-dən fəaliyyətə başlayacaq

Siyasət Materials 25 Dekabr 2017 12:35 (UTC +04:00)
Azərbaycanda yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayacaq.
Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi yanvarın 1-dən fəaliyyətə başlayacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda çıxışı zaman deyib.

Ə.Əhmədov bildirib ki, bir neçə qurumun bu istiqamətdə fəaliyyəti bir mərkəzdə cəmləşəcək.

O qeyd edib ki, agentlik əhalinin sağlamlığının qorunması baxımından vacib əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti