...

NATO baş komandanı Rusiya Baş Qərargah rəisi ilə Bakıda keçiriləcək görüşü barədə danışıb

Siyasət Materials 17 Yanvar 2018 18:24 (UTC +04:00)

Bakı. Trend:

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır.

Trend-in məlumatına görə, bunu NATO-nun Hərbi komitəsinin sessiyası zamanı K.Skaparotti özü deyib.

Onun sözlərinə görə, bu görüşün keçirilməsi ilə bağlı razılıq sentyabrda əldə olunub: “Hazırda bu görüş təşkil olunur”.

Qeyd edək ki, bir müddət əvvəl Qərb mətbuatı Kertis Skaparotti ilə Valeri Gerasimovun 2018-ci ilin yanvarında Bakıda görüşəcəklərini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti