...

Azərbaycanın AŞ PA-dakı nümayəndəsi komitə sədri seçildi

Siyasət Materials 25 Yanvar 2018 15:02 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasının sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib.
Azərbaycanın AŞ PA-dakı nümayəndəsi komitə sədri seçildi

Trend-i buradan izləyin

Bakı. Gülqız Muradova - Trend:

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın AŞ PA-dakı nümayəndəsi, Milli Məclisin üzvü Sevinc Fətəliyeva yenidən qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri seçilib.

Bu barədə S.Fətəliyeva özü Trend-ə məlumat verib.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Səfər yanvarın 28-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti