...

Yaxın günlərdə Yeni Azərbaycan Partiyası prezidentliyə namizədini irəli sürəcək

Siyasət Materials 5 Fevral 2018 17:32 (UTC +04:00)
Yaxın günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçiriləcək.
Yaxın günlərdə Yeni Azərbaycan Partiyası prezidentliyə namizədini irəli sürəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Yaxın günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçiriləcək.

Bunu Trend-ə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası qurultay keçirərək rəsmi qaydada prezidentliyə namizədini irəli sürəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti