...

Vergilər Nazirliyi blokçeyn texnologiyasının tətbiqini öyrənəcək

Siyasət Materials 13 Fevral 2018 14:01 (UTC +04:00)
Vergilər Nazirliyi blokçeyn texnologiyasına əsaslanan yanaşmaların tətbiqini öyrənəcək.
Vergilər Nazirliyi blokçeyn texnologiyasının tətbiqini öyrənəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Vergilər Nazirliyi blokçeyn texnologiyasına əsaslanan yanaşmaların tətbiqini öyrənəcək.

Trend-in məlumatına görə, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir vurğulayıb ki, bu, vergi orqanlarının işinin daha yüksək səviyyədə təşkil olunmasına imkan verəcək.

M.Cabbarov əlavə edib ki, Vergilər Nazirliyinin xidmətlər sistemi vergi ödəyicilərinin tələb və gözləntilərinə cavab verməsi məqsədilə təkmilləşdirilməlidir. "Niyyətimiz elə keyfiyyətli elektron xidmətlər sistemi tətbiq etməkdir ki, sahibkarların vergi orqanları ilə canlı təmasları minimuma ensin. Hər bir vergi ödəyicisi istənilən yerdən, istənilən vaxt, istənilən xidmətə çıxış əldə etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti