...

Azərbaycan Münhen Konfransında enerji təhlükəsizliyi üzrə müzakirələrə qatılıb

Siyasət Materials 16 Fevral 2018 16:37 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib.
Azərbaycan Münhen Konfransında enerji təhlükəsizliyi üzrə müzakirələrə qatılıb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dəyirmi masada enerji təhlükəsizliyi sahəsində aktual məsələlər üzrə müzakirələr aparılıb.

Nazir çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan bəhs edərək Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətindən söz açıb. O, TANAP layihəsinin bu il fəaliyyətə başlayacağı, TAP layihəsi üzrə işlərin isə qrafika uyğun olaraq uğurla davam etdiyini qeyd edib. Habelə, E.Məmmədyarov Bakıda 15 fevralda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilmiş IV nazirlər iclası və orada alınmış qərarlar barədə tədbir iştirakçılarına məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti