Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin İzmir şəhərinin Karşıyaka bələdiyyəsi ərazisində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstü açılıb.
Trend-in məlumatına görə, açılış mərasimində Azərbaycanın millət vəkili Qənirə Paşayeva, türkiyəli deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.
Eyni zamanda, tədbirdə Xocalı soyqırımının qurbanlarının xatirəsi yad edilib.