...

Məzahir Pənahov Rusiyada prezident seçkilərinin müşahidə edilməsində iştirak edə bilməyəcək

Siyasət Materials 7 Mart 2018 12:23 (UTC +04:00)
"Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycanda həmin vaxt təşviqat mərhələsi başlayır”.
Məzahir Pənahov Rusiyada prezident seçkilərinin müşahidə edilməsində iştirak edə bilməyəcək

Bakı. Elçin Mehdiyev – Trend:

"Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri şəxsən məni martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət edib, ancaq aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycanda həmin vaxt təşviqat mərhələsi başlayır”.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissyasının sədri Məzahir Pənahov jurnalistlərə deyib.

O qeyd edib ki, təşviqat dövründə MSK-nın müvafiq qərarları olmalıdır və bu qərarlar nəinki gün, hətta saatlarla ölçülür:

“Ona görə də mən Rusiyada prezident seçkilərinin müşahidə edilməsində iştirak edə bilməyəcəyəm. Lakin Rusiyada prezident seçkilərinin müşahidəsində MSK üzvü və MSK-nın əməkdaşı iştirak edəcək. O cümlədən Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının tərkibində MSK-nın nümayəndələri iştirak edəcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının tərkibində də MSK-nın iki nümayəndəsi olacaq".

M.Pənahov əlavə edib ki, MSK ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə 10 ildən çoxdur əməkdaşlıq edir və müxtəlif ölkələrdə keçirilən seçkilərdə bağlı formalaşdırdıqları missiyaların tərkibində MSK-nın nümayəndələri olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti