...

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Siyasət Materials 26 Mart 2018 07:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir: "Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti