Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, səfir fəaliyyət müddəti ərzində Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.
E.Məmmədyarov iki ölkı arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir R.Sekutaya təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat, ticarət, terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.