...

Zakir Həsənov Türkiyənin PUA istehsal edən şirkətinin rəhbərliyi ilə hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib (FOTO)

Siyasət Materials 31 Mart 2018 11:24 (UTC +04:00)
Azərbaycanın Müdafiə naziri Türkiyənin PUA istehsal edən “Baykar Makina” şirkətində olub
Zakir Həsənov Türkiyənin PUA istehsal edən şirkətinin rəhbərliyi ilə hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib (FOTO)

Bakı. Trend:

Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində olub. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müdafiə naziri müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti