...

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı: Azərbaycana istənilən köməkliyi və dəstəyi göstərməyə hazırıq

Siyasət Materials 11 Aprel 2018 09:08 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşüb.
Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı: Azərbaycana istənilən köməkliyi və dəstəyi göstərməyə hazırıq

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə hər iki ölkənin bir-birinə bütün sahələrdə göstərdiyi birmənalı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin beynəlxalq huququn tələbləri və BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olunub.

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ölkəsinin Azərbaycan Hərbi Dəniz Qüvvələrinə göstərməyə istənilən köməkliyi və dəstəyi hazır olduğunu qeyd edib.

Görüşdə həmçinin, Azərbaycan və Pakistan arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, keçirilən təlimlərdə iştirakın mütəmadi təmin olunması, təcrübə mübadiləsi və səfərlərin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti