...

Rumıniya nümayəndə heyəti: Azərbaycanda prezident seçkiləri Avropa standartlarına uyğun keçirildi

Siyasət Materials 12 Aprel 2018 09:31 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri Avropa standartlarına uyğun keçirildi.
Rumıniya nümayəndə heyəti: Azərbaycanda prezident seçkiləri Avropa standartlarına uyğun keçirildi

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanda prezident seçkiləri Avropa standartlarına uyğun keçirildi.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Rumıniya Deputatlar Palatasının üzvü Viktor Pantu prezident seçkilərinin yekunlarına dair bu gün təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, müşahidə zamanı bir neçə seçki məntəqəsində olub: “Səsvermə Avropa standartlarına uyğun keçirildi".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti