...

Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 14 Aprel 2018 10:53 (UTC +04:00)
Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm".

Xəbər lenti

Xəbər lenti