...

İndoneziya mətbuati: Azərbaycan bir çox ölkələr üçün dini tolerantlıq nümunəsi kimi çıxış edə bilər

Siyasət Materials 21 Aprel 2018 08:56 (UTC +04:00)
Azərbaycan bir çox ölkələr üçün dini tolerantlıq nümunəsi kimi çıxış edə bilər.
İndoneziya mətbuati: Azərbaycan bir çox ölkələr üçün dini tolerantlıq nümunəsi kimi çıxış edə bilər

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan bir çox ölkələr üçün dini tolerantlıq nümunəsi kimi çıxış edə bilər.

Trend-in məlumatına görə, bu barədə İndoneziya Müsəlman Tələbələr Assosiasiyasının İcraiyyə Şurasının sədri Səddam əl-Cihadın "RILIS" nəşrində (İndoneziya) dərc olunan məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, qlobal problemlər, xüsusilə də islamofobiya fonunda dünya ictimaiyyəti dinlər arasında ahəngin hökm sürdüyü Azərbaycandan nümunə götürməlidir:

“Müxtəlif dinlərin nümayəndələri Azərbaycanda dinc şəkildə yaşayır və bir-birinə hörmət edirlər. Vətəndaşların böyük əksəriyyətinin müsəlman olduğu Azərbaycanda tolerantlıq prinsipi böyük hörmətə malikdir. Bu cür mühit müxtəlif etnik azlıq nümayəndələrinə özlərini rahat hiss etməyə imkan verir”.

Qeyd olunur ki, bu ahəngi şiə və sünnilərin cümə namazına toplaşdığı Heydər məscidində də müşahidə etmək olar:

“Bundan başqa, şiələr və sünnilər nikah qurur. İndoneziyada şiələrlə sünnilər arasında nikahlar əvvəlki kimi nadir haldır. Azərbaycan bu baxımdan Avropa ölkələri, ABŞ, eləcə də Yaxın Şərq və Asiya ölkələrinə nümunə ola bilər”.

Xəbər lenti

Xəbər lenti