Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir

Bakı. Trend:

Türkiyə-Azərbaycan əlaqələri artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Çox sağ olun, əziz qardaşım. Hörmətli Prezident, əziz dostlar. İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm.

Mən yenidən qardaş ölkədə olmağımdan çox məmnunam. Siz də qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra bu, mənim ilk xarici səfərimdir. Seçkilərdə qazandığım qələbə münasibətilə məni ilk təbrik edən də əziz qardaşım Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmuşdur. Bu təbrik bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir, müttəfiqlərdir.

İki həftə bundan əvvəl seçkilər keçirildi. Bir həftə bundan əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumət tam formalaşdı və dünən mən artıq Ankarada idim. Dünən əziz qardaşımla görüşümüz olmuşdur. Biz bir çox məsələləri müzakirə etdik. Bu gün də geniş tərkibdə bu müzakirələri davam etdiririk.

Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli işində həmişə bizim yanımızda olmuşdur. Biz də öz növbəmizdə bütün məsələlərdə Türkiyənin yanındayıq. Hörmətli Prezidentin də qeyd etdiyi kimi, terrora qarşı mübarizədə, “Zeytun budağı” əməliyyatının aparılmasında həmişə Azərbaycan dövləti və xalqı birmənalı şəkildə Türkiyənin yanında olub. Bu, bizim qardaşlıq borcumuzdur. Bu qarşılıqlı dəstək və bu qədər güclü iş birliyi ölkələrimizi gücləndirir və bölgədə yeni vəziyyət yaradır".

Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycan -Türkiyə əlaqələri ikitərəfli formatdan çıxıb, artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir: "Bütün beynəlxalq təşkilatlarda biz daim bir-birimizi dəstəkləyirik və bu, bundan sonra da davam edəcək.

Əlbəttə, bizi birləşdirən tarix, mədəniyyət, etnik köklər, dindir. Eyni zamanda, bu gün bizi birləşdirən ortaq maraqlardır. Hörmətli Prezidentin qeyd etdiyi kimi, birgə həyata keçirdiyimiz layihələr artıq bizi gücləndirir və dünyada yeni vəziyyət yaradır.

Biz yaxın gələcəkdə TANAP-ın açılışını qeyd edəcəyik. Xatırlayıram ki, dörd il bundan öncə TANAP layihəsinin imzalanması mərasimi İstanbulda keçirilmişdir. Biz bu tarixi layihəni başa çatdırırıq. Bakı-Tbilisi-Qars dəmir yolu artıq fəaliyyətdədir. Bundan sonra biz çalışacağıq ki, yüklərin daşınması daha böyük həcmlə ölçülsün. Nəqliyyat və energetika sahəsində bizim iş birliyimiz bölgədə yeni vəziyyət yaradır.

Qarşılıqlı sərmayə qoyuluşu bizi sevindirir. Həm Türkiyə Azərbaycana, həm də Azərbaycan Türkiyəyə böyük sərmayələr qoyur və bu, bir daha bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir".

Azərbaycan Prezidenti qeyd edib ki, mədəniyyət sahəsində, təhsil sahəsində gözəl əməkdaşlıq var. Müdafiə sənayesi sahəsində, müdafiə sahəsində əməkdaşlıq dərinləşir, birgə təlimlər keçirilir:" Biz hörmətli Prezident ilə bugünkü görüşdə bu məsələyə də xüsusi diqqət yetirdik və qərara gəldik ki, həm ikitərəfli, həm də çoxtərəfli təlimlərdə birlikdə iştirak edək.

Biz Türkiyənin müdafiə sənayesinin məhsullarından bəhrələnirik. Türkiyə çox inkişaf etmiş müdafiə sənayesi yaratmışdır. Azərbaycan öz hərbi gücünü, o cümlədən Türkiyədən alınan silahlar hesabına artırır.

Bir sözlə, bizim əlaqələrimiz bütün sahələri əhatə edir və gündən-günə daha da güclənir. Əminəm ki, budəfəki səfərim və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası bizim əlaqələrimizə yeni nəfəs, yeni təkan verəcək. Qonaqpərvərliyə və hörmətə görə bir daha Sizə minnətdaram".

Çempionlar Liqasında "Bavariya" "Zalsburqa" qalib gəldi və play-off mərhələsinə keçdi
Çempionlar Liqasında "Bavariya" "Zalsburqa" qalib gəldi və play-off mərhələsinə keçdi
"Mançester Siti" "Olimpiakos"u məğlub edərək 1/8 finala yüksəldi
"Mançester Siti" "Olimpiakos"u məğlub edərək 1/8 finala yüksəldi
"Barcelona" və "Yuventus" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi
"Barcelona" və "Yuventus" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi
Loading Bars
Xəbər lenti
Fransa senatının bir çox üzvlərinin müharibənin başa çatmasından xəbəri belə yoxdur (VİDEO)
Fransa bu cür qərəzli münasibətlə Minsk Qrupunda fəaliyyət göstərə bilməz - Deputat
Fransanın mövqeyi dəyişməyib, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq - Səfir (ÖZƏL)
Milli Məclis Fransa Senatının qətnaməsinə etiraz bəyanatı qəbul edib
Azərbaycan nefti bahalaşıb
Fransa bu qətnamə ilə çirkin məqsədlərini həyata keçirməyə cəhd edir - Deputat
Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilir (FOTO/VİDEO)
Türkiyə XİN Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb
Qarabağ və ətraf rayonların elektrik enerjisi ilə təchizatı yaxşılaşır
Torpaqlarımızın işğaldan azad edilməsində iştirak edə bilməsəm də, bərpasında iştirak etmək istərdim - Usta ilə söhbət
Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz - Vitse-spiker
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi dəfələrlə artıb
Kəlbəcərin səhiyyə statistikası açıqlanıb
Senatın qərarı aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç
Ermənistanda koronavirusa yoluxanların sayı 130 mini keçib
Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu
Böyük Qələbənin sonsuz sevinci
Yerevanda etirazçılar parlamentin qarşısına toplaşıb
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır
Karantin qaydalarını pozan idman zalından qadağan olunmuş dərman həbləri aşkarlandı
Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb
Milli Məclis Fransa Senatında qəbul edilmiş qərarla bağlı bəyanat verəcək
Dekabrın 1-ə qədər Laçın Azərbaycana təhvil veriləcək - Sahibə Qafarova
Milli Məclisin növbəti iclası öz işinə başlayıb
Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək
Azərbaycan tütün nümunələri Braziliya və Almaniyaya göndərilib
Şamaxıda yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa edir, həm də bəşəriyyətin ortaq dəyərlərini məhv olmaqdan xilas edir - Könül Nurullayeva
İllərlə həsrətində olduğumuz arzular sürətlə gerçəkləşir...- Kamaləddin Qafarov
Kəlbəcəri mərkəzi büdcədən asılı olmayan azsaylı rayonlardan birinə çevirə bilərik - Ekspert
Gəncədə mobil qruplar maarifləndirmə tədbirlərini gücləndirib (FOTO)
Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, sadə həqiqəti dəyişə bilməz: Qarabağ Azərbaycandır - Baş konsul
Bakı sakini küçədə qətlə yetirildi
Mərkəzi Gömrük Hospitalı koronavirus xəstələrinə görə pasient qəbulunu dayandırdı
Milli Məclisin gündəliyinə dəyişiklik edilib (ƏLAVƏ OLUNUB)
Koronavirusa yoluxanlar ilk gündən həkimə müraciət etsinlər - Baş infeksionistdən əhaliyə müraciət
Şuşadan sonra 70-dən çox kəndin azad edilməsi ilə Ermənistan diz çökdü – Politoloq
Noyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda sitrus bitkilərinin məhsuldarlığı artıb
Ermənilər təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da soyqırım törədiblər
Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Bakıda fərdi ev yanıb
Bayden cari əsrin "amerikan yüzilliyi" olmağına əmindir
Polşa "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafını dəstəkləyəcək - Səfir
Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır
Braziliyada "Boeing 737-8 MAX" təyyarəsinin istifadəsi bərpa edilir
Filipo Qrandi daha 2.5 il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri təyin edildi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb
Çempionlar Liqasında "Bavariya" "Zalsburqa" qalib gəldi və play-off mərhələsinə keçdi
Moskvada koronavirusdan ölənlərin sayı 8 600 nəfəri ötüb
"Mançester Siti" "Olimpiakos"u məğlub edərək 1/8 finala yüksəldi
Qətər əmiri Türkiyəyə səfər edəcək
Ankara Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək
Cəbhəboyu ərazilərdə xeyli sayda partlamamış mina və sursat aşkarlanıb
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü yayılıb (FOTO/VIDEO)
Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN
Əsgərin sevdiyi qızın anasına müraciəti (VİDEO)
Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi... - Şəhidlə olmayan müsahibə (VİDEO)
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb (FOTO/VİDEO)
“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)
Dieqo Maradona vəfat edib
Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək
Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir
22 obyektdə epidemiya əleyhinə rejim pozulub - İqtisadiyyat Nazirliyi
Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova
Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq
Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi - Adil Əliyev
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib
Bakıda qəza: Yolda sıxlıq var
Heç kim həqiqəti ermənilərə anlatmaq gücündə deyil - Deputat
Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilir (FOTO)
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycanda 3 469 nəfər COVID-19-a yoluxub, 1 229 nəfər sağalıb, 30 nəfər vəfat edib
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycanın siyasi partiyaları Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar
DYP texniki baxışla bağlı sürücülərə müraciət edib
27 il 7 aydan sonra Kəlbəcərimiz vandal, quldur düşmənlərimizdən təmizləndi - Cavid Qurbanov
Azərbaycan enerji sektorunda bazar islahatları üzrə seminar keçirilib (FOTO)
Tərtər rayonunun Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı (FOTO)
Dünya ictimaiyyəti Ermənistanın tarixi və dini abidələrimizin məhvinə yönəlmiş terror siyasətini kəskin şəkildə pisləməlidir - Vüqar Rəhimzadə
Fransa Senatının Rəyasətində qəbul edilən qətnamə layihəsi Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlikdir - Rauf Əliyev
Gəncədə evdən kişi meyiti tapılıb
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək (FOTO)
Bakı Dövlət Universitetinin dekanı COVİD-19-dan ölüb
Şuşada 27 ildən sonra ilk taksimiz (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək
Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib
Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb
Noyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla tələbələrin onlayn görüşü keçirilib (FOTO)
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Lənkəranda sitrus bağlarına qənim kəsilənlər saxlanılıb
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
Direktor vəzifəsinə işə qəbulla bağlı son 3 ilin nəticələri açıqlandı
Bütün xəbərlər