...

Xəzəryanı ölkələr bir sıra beştərəfli sənədlərin layihələrini razılaşdırıblar

Siyasət Materials 24 May 2018 20:04 (UTC +04:00)
Xəzəryanı ölkələr bir sıra beştərəfli sənədlərin layihələrinin razılaşdırılması üzrə danışıqlar prosesini başa çatdırıblar.
Xəzəryanı ölkələr bir sıra beştərəfli sənədlərin layihələrini razılaşdırıblar

Bakı. Trend:

Xəzəryanı ölkələr bir sıra beştərəfli sənədlərin layihələrinin razılaşdırılması üzrə danışıqlar prosesini başa çatdırıblar.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, 2018-ci il mayın 21-24-də Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiya üzrə Xüsusi İşçi Qrupunun 51-ci iclası keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak edib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.

İclas bu il Qazaxıstanda keçirilməsi planlaşdırılan Beşinci Xəzər Sammitinin hazırlığına həsr olunub.

Məlumatda bildirilir: "Aşağıdakı 5 tərəfli sənədlərin layihələrinin razılaşdırılması üzrə danışıqlar prosesinin başa çatması məmnunluqla qeyd edilir: Xəzəryanı ölkələrin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş. Xəzəryanı ölkələrin hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzərdə baş verən hadisələrin qarşısının alınması haqqında Saziş. Xəzər dənizində terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol. Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol, Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişə əsasən sərhəd xidmətlərinin əməkdaşlıq və qarşılıqlı fəaliyyəti haqqında protokol".

Görüşlərin nəticələrini müsbət qiymətləndirən nümayəndə heyətləri Qazaxıstanda yüksək səviyyəli görüşün keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.

Məlumatda qeyd edilir: "Xüsusi İşçi Qrupunun növbəti toplantısı Qazaxıstanda keçiriləcək. Görüşün vaxtı diplomatik kanallarla razılaşdırılacaq".

Xəbər lenti

Xəbər lenti