...

Amerikalı ekspert: “Cənub Qaz Dəhlizi” Azərbaycanla Avropa ölkələri arasında ticarət tərəfdaşlığının genişlənməsinə xidmət edəcək

Siyasət Materials 6 İyun 2018 09:55 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanla Avropa ölkələri arasında ticarət tərəfdaşlığının genişlənməsinə xidmət edəcək.
Amerikalı ekspert: “Cənub Qaz Dəhlizi” Azərbaycanla Avropa ölkələri arasında ticarət tərəfdaşlığının genişlənməsinə xidmət edəcək

Bakı. Ləman Zeynalova - Trend:

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanla Avropa ölkələri arasında ticarət tərəfdaşlığının genişlənməsinə xidmət edəcək.

Bunu Trend-ə qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

P.Teysin sözlərinə görə, “Cənub Qaz Dəhlizi”nin birinci mərhələsinin işə düşməsi Azərbaycanı təbii qazın etibarlı tədarükçüsünə çevirəcək layihənin reallaşdırılmasında ilk addımdır:

“Avropa ölkələrinin enerji tədarükünün şaxələndirilməsi ilə bağlı gözləntiləri hər zaman olduğundan daha yüksəkdir. Bundan başqa, layihənin işə salınması nəticəsində Azərbaycanla Avropa ölkələri arasında ticarət tərəfdaşlığı əhəmiyyətli dərəcədə genişlənəcək. Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək, eləcə də azərbaycanlı və avropalı alimlərin rəhbərliyi altında elmi-tədqiqat layihələrinin reallaşdırılmasına təkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti