...

Azərbaycan səfiri etimadnaməsini KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədrinə təqdim edib

Siyasət Materials 5 İyul 2018 19:20 (UTC +04:00)
Əkrəm Zeynallı etimadnaməsini KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nama təqdim edib.
Azərbaycan səfiri etimadnaməsini KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədrinə təqdim edib

Bakı. Trend:

Azərbaycanın iqamətgahı Pekin şəhərində olmaqla Koreya Xalq Demokratik Respublikasındakı səfiri Əkrəm Zeynallı etimadnaməsini KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nama təqdim edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, etimadnamənin təqdim edilməsi mərasimindən sonra səfir Ə.Zeynallı KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nam ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası ilə KXDR arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində əməkdaşlıq, Koreya yarımadasında sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında Azərbaycanın Qoşulmama Hərəkatının məqsəd və məramlarını təşviq etməsi təqdir olunaraq, KXDR-in müvafiq səviyyədə Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçiriləcək XVIII zirvə toplantısında təmsil olunacağı qeyd olunub.

Həmin gün səfir KXDR xarici işlər naziri Ri Yon Ho ilə də görüşüb və ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb. Nazir Ri Yon Ho Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin bu ilin aprelində Bakıda keçirilmiş toplantısı ilə əlaqədar Azərbaycana səfər etdiyini xatırlayaraq, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Görüşlərdə Ə.Zeynallı Azərbaycanın inkişafı, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, regiondakı vəziyyət, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli həll edilməsi istiqamətində Azərbaycanın beynəlxalq ictimaiyyətlə birgə atdığı addımlar barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti