...

Səfir: Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində təcrübələrini bölüşə bilərlər

Siyasət Materials 20 İyul 2018 15:11 (UTC +04:00)
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində təcrübələrini bölüşə bilərlər.
Səfir: Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində təcrübələrini bölüşə bilərlər

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi apara bilərlər.

Trend-in məlumatına görə, bunu "Daily Sabah" qəzetinə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Səfir vurğulayıb ki, Ankara və Bakı bu sahədə təcrübələrini bölüşə və imkanlarını inkişaf etdirə bilərlər:

"Azərbaycan və Türkiyə birgə hərbi təlimləri davam etdirə bilərlər. Bildiyiniz kimi, bu il Qars və İzmirdə birgə hərbi təlimlər keçirildi ki, bu da olduqca vacibdir".

X.İbrahim hesab edir ki, iki ölkə silah istehsalı və hərbi texnikanın hazırlanmasında da əməkdaşlıq edə bilərlər.

Diplomat, həmçinin pilotsuz uçuş aparatları və vertolyot istehsalı kimi sahələrdə birgə fəaliyyət imkanlarından danışıb:

"Regionda Azərbaycan və Türkiyəyə yönəlmiş müxtəlif təhdidlər var. Bununla əlaqədar olaraq, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təhlükəsizliyi Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən təmin olunur".

Səfir Türkiyənin NATO-nun üzvü olduğunu, Azərbaycanın isə alyansın tərəfdaşı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti