...

Ekspert: Ermənistanın ziddiyyətli bəyanatları Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirir

Siyasət Materials 2 Avqust 2018 15:55 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Yerevanın ziddiyyətli bəyanatları Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün asan keçəcəyi və bir çox sualları həll edəcəyini deməyə əsas vermir.
Ekspert: Ermənistanın ziddiyyətli bəyanatları Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirir

Bakı. Mətanət Nəsibova - Trend:

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Yerevanın ziddiyyətli bəyanatları Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün asan keçəcəyi və bir çox sualları həll edəcəyini deməyə əsas vermir.

Bunu Trend-ə politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, Ermənistan hökuməti Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb olunmasına çalışır, amma eyni zamanda Yerevanda sülhdən danışırlar və münaqişənin həlli ilə bağlı qeyri-müəyyən açıqlamalar verirlər:

“Bununla belə, unutmaq lazım deyil ki, bu, Minsk qrupu çərçivəsində təşkil olunan xüsus görüş deyil. Bu görüş BMT Baş Assambleyası çərçivəsində keçirilir, burada isə təəssüf ki, əksər görüşlər formal xarakter daşıyır. Amma mən fikirləşirəm ki, Ermənistan xarici işlər naziri ilə görüş qarşı tərəfə beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan dəqiq və prinsipial mövqeyimizi çatdırmağa imkan verəcək. Ermənistan tərəfi başa düşməlidir ki, erməni əsgərinin Azərbaycanın işğal olunmuş ərazilərində işi yoxdur. Erməni hərbçiləri Azərbaycan ərazisində olduğu müddətdə heç bir razılaşma ola bilməz. Fikirləşirəm ki, nazirimiz peşəkar səviyyədə Azərbaycan tərəfinin bu mövqeyini çatdıracaq ki, Yerevanda Bakının tələbləri barəsində aydın təəssürat yaransın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti