...

Prezident İlham Əliyev Balababa Rzayevi “Azərenerji” ASC-nin prezidenti təyin edib

Siyasət Materials 4 Sentyabr 2018 16:15 (UTC +04:00)
Balababa Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Prezident İlham Əliyev Balababa Rzayevi “Azərenerji” ASC-nin prezidenti təyin edib

Bakı. Trend:

Prezident İlham Əliyev Balababa Hüseynağa oğlu Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Balababa Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Rzayev Balababa Hüseynağa oğlu 10 iyun 1957-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində fəhlə ailəsində anadan olub.

1964-1974-cü illərdə Bakı şəhəri 120 №-li orta məktəbə daxil olmuş və 168 №-li orta məktəbi bitirərək 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakultəsinin əyani şöbəsinə qəbul olmuş, 1979-cu ildə bu institutu bitirərərk «Elektrik şəbəkə və sistemləri» ixtisası üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. 4 sentyabr 1979-cu ildən «Melorasiya və Su Təsərrüfatı» Nazirliyinin «Abşeron Mexaniki Suvarma» idarəsinə mühəndis-elektrik vəzifəsinə təyin edilib.

17 dekabr 1979-cu ildən «Azərsənayeelektrikquraşdırma» trestinin 1 №-li Bakı Elektrik Quraşdırma İdarəsinə mühəndis-elektrik, usta (10.1980-02.1981), iş icraçısı (02.1981-04.1985), sahə rəisi (02.1985-07.1986), baş mühəndis (07.1986-04.1988), idarə rəisi (04.1988-05.1998) vəzifələrində işləyib, 1998-ci ildə bu müəssisə Səhmdar Cəmiyyətə - «Bakelektro» ATSC-ə çevrildikdən sonra 10 avqust 2006-cı il tarixədək İdarə Heyətinin Sədri vəzifəsində çalışıb.

10 avqust 2006-cı il tarixdə «Bakıelektrikşəbəkə» ASC İdarə Heyəti Sədri vəzifəsinə təyin olunub və B.Rzayevin rəhbərliyi dövründə Bakı şəhərinin elektrik şəbəkəsi müasir texnalogiyalar tətbiq olunmaqla beynəlxalq standartlara uyğun tamamilə yenidən qurulub.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1046 saylı Sərəncamına əsasən «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin Sədri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2016-cı il tarixli Sərəncamı ilə «Əməkdar mühəndis» adına layiq görülüb, 2017-ci ilin yanvar ayında Müstəqil Dövlətlər Birliyinin “Əməkdar mühəndisi” fəxri adı verilib, Azərbaycan Respublikası Prezidentinin 09 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2015-2018-ci illərdə “Azərişıq” ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq Respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olunub. 2015-ci ildə Azərişıq ASC təhvil alınarkən texniki itkilər 15-20 faiz olduğu halda 2018-ci ildə 8-10 faizə endirilib, “Azərişıq” ASC-nin bütün xidmətləri “ASAN Kommunal və ASAN Xidmət” mərkəzlərinə transfer olunub.

2018-ci ilin 4 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərenerji” ASC-nin prezidenti təyin edilib.

Аiləlidir,iki övladı - bir qızı, bir oğlu,dörd nəvəsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti