...

BMT Baş Assambleyası çərçivəsində GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək (FOTO)

Siyasət Materials 5 Sentyabr 2018 13:21 (UTC +04:00)
BMT Baş Assambleyası çərçivəsində GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək.
BMT Baş Assambleyası çərçivəsində GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT Baş Assambleyası çərçivəsində GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında bildirib.

Nazir deyib ki, BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. 1997-ci il oktyabrın 10-da yaradılıb. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti