...

İranın parlament sədrinin birinci müavini Azərbaycana gəlir

Siyasət Materials 17 Sentyabr 2018 16:45 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

İran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkian bu gün Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə İranın Bakıdakı səfirliyindən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, M.Pezeşkian sentyabrın 21-də Milli Məclisin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Qeyd edək ki, tədbirə 150 ölkədən nümayəndə heyətləri qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti