...

Deputat: “Star” zavodunun açılması hər iki ölkəyə siyasi dividendlərlə yanaşı, iqtisadiyyata dayanıqlı gəlir gətirəcək

Siyasət Materials 20 Oktyabr 2018 10:04 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılması Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun daha bir göstəricisidir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, əlbəttə bu cür nəhəng bir layihənin həyata keçməsi şübhəsiz ki, Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub.

Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə qardaşlığı nəticəsində beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edən, dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızan böyük layihələr həyata keçirilir: “Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP və digər bu kimi iri layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Əlbəttə ki, bu cür nəhəng layihələr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olması, hər iki dövlətin liderlərinin siyasi iradəsi, bir-birilərinə böyük inam və etimadın sayəsində mümkün olub”.

Deputat vurğulayıb ki, yeni neft emalı zavodunun işə salınması eyni zamanda hər iki ölkənin həm iqtisadi, həm də siyasi gücünün göstəricisidir: “Bu layihə hər iki ölkəyə siyasi dividendlərlə yanaşı, iqtisadiyyata dayanıqlı gəlir gətirəcək, milli iqtisadiyyatımıza xidmət edəcək böyük bir layihədir”.

A.Hüseynov qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı dünyaya bir nümunədir: “Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır. İnanıram ki, bu münasibətlər bundan sonra daha da inkişaf edəcək”.

Qeyd edək ki, ötən gün Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti