...

Azərbaycan Prezidenti Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 22 Oktyabr 2018 13:14 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib.
Azərbaycan Prezidenti Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin oktyabrında başlanılıb, bu ilin iyulunda isə tikinti işləri başa çatdırılıb. Müəssisənin ümumi ərazisi 2900, tikintialtı sahəsi isə 576 kvadratmetrdir. İkimərtəbəli binada yataq, geyim, məşğələ otaqları yaradılıb. Kompüter, musiqi və idman otaqları da balacaların ixtiyarına veriləcək. Binada bufet, mətbəx və digər inzibati otaqlar da var. Bina istilik sistemi ilə təchiz olunub, fasiləsiz su təminatı üçün ərazidə yerləşən artezian quyusundan su xətləri çəkilib, müşahidə kameraları quraşdırılıb. Bir sözlə, binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Burada yaradılan şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, ünsiyyətqurma bacarıqlarının inkişafında mühüm rol oynayacaq.

Körpələr evi-uşaq bağçasının həyətində də geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb. Burada balacaların vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif attraksionlar da quraşdırılıb.

Qeyd edək ki, hazırda İmişlidə 883 uşaq yerlik 18 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti