...

Nazir müavini: Azərbaycan GUAM ölkələri ilə birgə elektron vergi bəyannaməsinin tətbiqini müzakirə edir

Siyasət Materials 24 Oktyabr 2018 14:08 (UTC +04:00)
GUAM çərçivəsində verginin elektron bəyan edilməsi prosesi ilə bağlı müzakirələr aparılır
Nazir müavini: Azərbaycan GUAM ölkələri ilə birgə elektron vergi bəyannaməsinin tətbiqini müzakirə edir

Bakı. Hüseyn Vəliyev - Trend:

GUAM çərçivəsində verginin elektron bəyan edilməsi prosesi ilə bağlı müzakirələr aparılır.

Trend-in məlumatına görə, bunun Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, müzakirələr yaxın zamanlarda Bakıda davam etdiriləcək:

“Hesab edirik ki, Azərbaycanın müsbət təcrübəsi təkcə GUAM katibliyi, ISESCO səviyyəsində yox, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində tətbiq oluna bilər. Əsas odur ki, bu işlər bizim qanunvericiliyimizə uyğun aparılsın, çünki bu qanunvericilik Avropa direktivlərinə əsaslanır. Bu isə öz növbəsində e-imzanın qarşılıqlı tanınması ilə bağlı işi asanlaşdırır”.

E.Vəlizadə əlavə edib ki, ölkələr arasında e-imzanın qarşılıqlı tanınması layihəsi region ölkələrində maraq doğurur:

“Bu imkanın yaradılması təkcə ölkədə elektron xidmətlərin sayının artırılmasına imkan vermir, həm də bu xidmətləri xarici vətəndaşlar üçün də əlçatan edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti