Bakı. Elçin Mehdiyev – Trend:
Təcrübə və fikir mübadiləsi aparmaq üçün Dayanıqlı İnkişafa dair Bakı Forumu vacib platformadır.
Trend-in məlumatına görə, bunu Belarus parlamentinin sədr müavini Marianna Şyotkina forumda çıxışı zaman deyib.
O qeyd edib ki, hər kəs öz işini həyata keçirməlidir:
“Yaxşı təcrübələrimizi paylaşmaq üçün bu cür forumlar zəruridir. Biz qarşılıqlı şəkildə işləməliyik. Azərbaycana təşəkkür edirik ki, bu vür forumlar keçirməklə bizə belə imkanlar yaradır”.