...

Prezident Administrasiyası: Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin alternativsizliyini göstərir (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 31 Oktyabr 2018 19:13 (UTC +04:00)
Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin alternativsizliyini göstərir.
Prezident Administrasiyası: Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin alternativsizliyini göstərir (FOTO) (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin alternativsizliyini göstərir.

Trend-in məlumatına görə, bunu “Doing Business 2019” hesabatına həsr olunmuş mətbuat konfransında Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev deyib.

V.Şıxəliyev vurğulayıb ki, Azərbaycanda həyata keçirilmiş islahatlar hesabatda rekord nəticəyə nail olmağa imkan verdi. Belə ki, Azərbaycan öz mövqeyini 32 pillə yüksəldərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. MDB ölkələri arasında Azərbaycan 1-ci yeri tutub.

Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, Azərbaycan ilk 10 islahatçı ölkə sırasına daxil olub və ən çox islahat keçirmiş ölkə elan olunub. Azərbaycan “Doing Business” reytinqində 10 göstəricidən 8-i üzrə mövqeyini yaxşılaşdırıb:

“Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi kimi, neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda keçirilən islahatlar 2015-ci ilin sonundan daha da dərinləşdirildi və yeni xarakter daşımağa başladı. Ölkədə keçirilmiş iqtisadi islahatlar nəticəsində maliyyə sabitliyi və iqtisadi artım bərpa olundu, bir çox sahələrdə, xüsusilə də kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda mühüm irəliləyiş əldə olundu”.

V.Şıxəliyev vurğulayıb ki, həmin islahatlar nəticəsində biznesin yaradılması, tikinti icazəsinin alınması, elektrik şəbəkələrə qoşulma, mülkiyyətin qeydiyyatı və digər indikatorlar üzrə irəliləyişlər əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti