...

Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib

Siyasət Materials 15 Noyabr 2018 23:42 (UTC +04:00)

Bakı. Trend:

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Rodriqo Labardini əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə ötən gün Bərdə rayonu İcra Hakimiyyətinin başçısı İsa İsayevlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşün əvvəlində İ.İsayev rayonun ölkədə kənd təsərrüfatı məhsullarına görə tanınmasını vurğulayıb. Həmçinin, tarix, yerli əhalinin məşğuliyyəti və Bərdə İcra Hakimiyyətinin fəaliyyəti haqqında məlumat verib.

Öz növbəsində, Səfir Labardini Meksika və Azərbaycan arasında adət-ənənələrdə və mədəniyyətdə olan oxşarlıqlara, ikitərəfli əlaqələrin inkişafına töhfə verən elementlərə istinad edib. Səfirlik hər iki xalqın yaxınlaşmasına müsbət təsir göstərən müxtəlif rəsmi və mədəni tədbirlər keçirməkdədir.

Səfir Bərdəni Meksika ilə birbaşa əlaqələndirmək üçün ən efektiv yollardan birinin qardaşlaşma sazişinin olduğunu qeyd edib. Səfir Labardini Meksika şəhəri Viktoria de Duranqonu birgə çox şeyləri olduğuna görə Bərdənin qardaşlaşmış şəhəri kimi təklif etdi. Adıçəkilən layihə bilgi və təcrübə mübadiləsi baxımından iki region arasında mükəmməl əməkdaşlıq ola bilər.

İsa İsayev irəli sürülən təklifə görə öz təşəkkürünü bildirib və sənədin imzalanması üçün müvafiq prosedurların özü tərəfindən yerinə yetiriləcəyini vurğulayıb.

Rəsmi görüşdən sonra meksikalı diplomat Meksika iş adamları üçün əməkdaşlıq imkanlarını yarada biləcək pambıq və ət məhsulları fabrikini ziyarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti