...

Аzərbaycan Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb (FOTO)

Siyasət Materials 21 Noyabr 2018 09:34 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Аzərbaycan Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-dən Trend-ə verilən məlumata görə, görüşdə Аzərbaycan Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. General-polkov­nik Elçin Quliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji tərəf­daş­lıq münasibət­lərinin qurulmasında Ümummilli Lider Heydər Əli­yevin əvəzsiz xid­mət­lərini xüsusi qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti si­ya­sət sayəsində qarşı­lıqlı əlaqə­lərin ən yüksək səviyyədə olma­sını vurğulayıb.

Söhbət əsnasında АR-in dövlət sərhədindəki mövcud əməliy­yat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə­nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı qeyri-leqal miqra­siya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş təd­bir­lər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki ba­za­nın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nai­liyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd mühafizəsinin möhkəmlən­dirilməsi, təc­rübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təş­kili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq do­ğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səla­hiyyətli səfiri Erkan Özoral da iştirak edib.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti