...

Kolumbiyada ölkəmiz barədə sənədli filmin hazırlanması arzusu bildirilib

Siyasət Materials 10 Dekabr 2018 08:38 (UTC +04:00)
Dekabrın 8-də Azərbaycanın Boqotadakı səfirliyi Kolumbiyanın “ColPrensa”, “Caracol”, “El Tiempo”, “Diariolaeconomia”, “La semana” və digər nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri, eyni zamanda radio və televiziya aparıcıları ilə görüş keçirib.
Kolumbiyada ölkəmiz barədə sənədli filmin hazırlanması arzusu bildirilib

Bakı. Trend:

Dekabrın 8-də Azərbaycanın Boqotadakı səfirliyi Kolumbiyanın “ColPrensa”, “Caracol”, “El Tiempo”, “Diariolaeconomia”, “La semana” və digər nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri, eyni zamanda radio və televiziya aparıcıları ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə müvəqqəti işlər vəkili Həmid Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi barədə, həmçinin ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları haqqında ətraflı məlumat verib, Azərbaycanın mədəni turizm potensialını və mətbəxini əks etdirən broşürlar tədbir iştirakçılarına paylanılıb.

Tədbirin davamı olaraq KİV nümayəndələrinə nümayış edilmiş “Hidden Cities Revealed: Baku” və “Objetivo Baku” sənədli filmlər böyük maraq ilə izlənilib, televiziya təmsilçiləri ölkəmiz barədə sənədli filmin hazırlanması arzusunu bildiriblər. Daha sonra iştirakçılar milli mətbəximizin ləziz nümunələrini ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti